AZ

"İsrail Türkiyəyə hücum edə bilər"

Hurriyyet.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler TV100 telekanalının efirində söyləyib.

Güler Türkiyə Prezidenti R.T.Ərdoğanın İsrailin hücum təhlükəsi barəsində çıxışından bəhs edərkən deyib: "Prezidentimizin haqlı olduğunu hesab edirəm. Əgər belə bir təhlükəni görməsəydi, bu sözləri deyərdimi? Əlbəttə ki, İsrail hücum edə bilər".

Nazir III Dünya müharibəsi riski ilə bağlı sualın cavabında deyib: "Hər an baş verə bilər. Amma təbii ki, baş verməsini istəmirik. Lakin həmişə hər şeyə hazır olmağa məcburuq. Çünki Türkiyə Respublikası ilə onun böyük millətinin təhlükəsizliyinə cavabdehik. Bütün imkanlardan istifadə edəcəyik və bütün ehtimalları qiymətləndirəcəyik. Bütün ehtimallara hazırlıq planımız olsa da, ölkəmizdə sülh içərisində yaşamaq istəyirik". 

Hürr Tərcüman

Seçilən
10
hurriyyet.az

1Mənbələr