AZ

"Türkiyənin BRICS-ə qoşulması NATO ilə münasibətlərinə zərər verməyəcək" - Nazir

Türkiyəyə BRICS-də tərəfdaş ölkə olmaq təklifi gəlib və bu, keçid prosesidir. BRICS-ə üzv olmaq Türkiyəyə böyük faydalar gətirəcək, çünki bu, onun dünyanın ən mühüm platformaları ilə əməkdaşlıq etməsinə imkan verəcək.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

Türkiyənin Müdafiə naziri Yaşar Gülər isə deyib ki, Türkiyənin BRICS-ə qoşulması NATO ilə münasibətlərinə zərər verməyəcək:

"NATO ölkələri təhlükəsizlik alyansında birləşib, BRICS isə əsasən iqtisadi bir birlikdir. Düşünürəm ki, BRICS-ə qoşulmaq bizə iqtisadi baxımdan müsbət təsir gətirəcək".

Afaq,
Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr