AZ

Azərbaycan iqlim dəyişikliyi ilə qlobal mübarizəyə mühüm töhfə verir - Muxtar Babayev

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyi ilə qlobal mübarizəyə mühüm töhfəverir.

Trend xəbər verir ki, bu barədə COP29-unprezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri MuxtarBabayevin COP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyününyüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib..

Qeyd edək ki, müraciəti Azərbaycan Respublikası xarici işlərnazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyevoxuyub.

"Məqsədimiz aydındır - qlobal istiləşmənin 1,5 dərəcə Selsi iləməhdudlaşdırılması kimi kritik məqsədə nail olmaq üçün müsbətimpuls yaratmaq. Bu məqsəd sadəcə bir rəqəm deyil, planetimiz vəgələcək nəsillər üçün qurtuluşdur. Azərbaycan iqlim dəyişikliyi iləqlobal mübarizəyə mühüm töhfə verir. Biz Avropa və Asiya arasındakörpü rolunu oynayan iddialı təşəbbüslərə başlamışıq. Ənəhəmiyyətli layihələrimizdən biri Xəzər və Mərkəzi Asiyaregionlarından Avropaya bərpa olunan enerjini birləşdirəcək YaşılEnerji Dəhlizidir. Özbəkistan, Qazaxıstan, Gürcüstan və Türkiyə iləəməkdaşlıq çərçivəsində hazırlanmış bu dəhliz enerjitəhlükəsizliyinin və qitələrarası səviyyədə davamlılığıngücləndirilməsi istiqamətində mühüm addımdır", - o bildirib.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri(COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30)daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
17
2
az.trend.az

2Mənbələr