Türkiyəli müğənni Aleyna Tilkinin \"Ayrı Gitme” mahnısına remiksi ilə tanınan DJ Birand Akatak həyatını itirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 31 yaşında həyatını itirib.
Hadisə noyabrın 1-də baş verib.
Qeyd edək ki, gənc musiqiçi dostunun idarə etdiyi avtomobilin yüksək sürət səbəbindən yoldan çıxaraq beton dirəyə çırpılması nəticəsində ağır yaralanıb xəstəxanaya yerləşdirilmişdi.
Oksana