AZ

BMT-nin Baş katibi: "Qarşımızda ədalətli enerji keçidi vəzifəsi durur"

Bugünkü konfrans iştirakçılarının qarşısında əsas qlobal çağırış - ədalətli enerji keçidinin həlli yollarını tapmaq vəzifəsi durur.

"Cebheinfo.az" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Bakıda keçirilən COP29 çərçivəsində ədalətli enerji keçidinin təmin edilməsinə dair yüksək səviyyəli iclasda deyib.

Onun sözlərinə görə, bərpa olunan enerji sahəsi sürətlə inkişaf edir və keçən il ilk dəfə bərpa olunan enerji mənbələrinə qoyulan investisiyaların həcmi qalıq yanacağa çəkilən xərcləri üstələyib:

"Hökumətlər 2030-cu ilə qədər qlobal bərpa olunan enerji güclərini üç dəfə artırmağı və qalıq yanacaqdan tədricən imtina etməyi vəd etdiklərinə görə keçid üçün son dərəcə əhəmiyyətli resurslara tələbatın kəskin şəkildə artacağı gözlənilir".

Baş katib qeyd edib ki, bu, həmin resurslarla zəngin olan inkişaf etməkdə olan ölkələr üçün rifah, yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təşviqi baxımından böyük fürsətdir:

"Lakin biz çox vaxt mənfəət güdmənin, resurslar uğrunda mübarizənin şahidi oluruq. Bu zaman icmalar istismar olunur, hüquqlar pozulur və ətraf mühit məhv edilir; inkişaf etməkdə olan ölkələr dəyər zəncirinin ən aşağı hissəsində qalır, digərləri isə onların resursları hesabına varlanır".

"Cebheinfo.az"

Seçilən
20
cebheinfo.az

1Mənbələr