AZ

COP29 çərçivəsində urbanizasiya və şəhərlərdə iqlim dəyişiliyi problemləri müzakirə olunub

Bakı. Trend:

BMT-nin İnsan Məskunlaşmaları Proqramı və COP29-a ev sahibliyiedən Azərbaycanın birgə təşkilatçılığı ilə “Bakıdan Bələmə:Şəhərlər, urbanizasiya və çoxsəviyyəli iqlim gündəliyi” mövzusundatədbir keçirilib.

Trend xəbərverir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcraHakimiyyətinin başçısı Eldar Əziziov, Birləşmiş Ərəb Əmirliklərininiqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah AlDahak, Avropa Regionlar Komitəsinin prezidenti Vasko AlvesKordeyro, AYİB-in vitse-prezidenti Mark Bowman, Kuala Lumpur merivə COP29-un xüsusi müşaviri Maimunah Mohd Sharif, UNECE-nin icraçıkatibi Tatyana Molcean və başqaları iştirak ediblər.

Tədbirdə “Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrəBakı Davamlılıq Koalisiyası”nın təqdimatı olub, iqlim fəaliyyətinədair nailiyyətlər nəzərdən keçirilib və COP30-a uyğun olaraq şəhərvə çoxsəviyyəli iqlim fəaliyyəti üçün yol xəritəsini hazırlanmasıməsələsinə baxılıb. Həmçinin şəhər və regionlarda iqlimfəaliyyətinin genişləndirilməsinə dəstək olmaq yolları müzakirəedilib.

Anar Quliyev Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilənişlərdən, infrastruktur layihələrindən, şəhərlərdə iqlimfəaliyyətlərinin genişləndirilməsi və urbanizasiya probleminin həllolunması yollarından danışıb.

Məruzəçilər beynəlxalq təcrübədən danışaraq nəzərə çatdırıblarki, sənayə müəssisələri adətən şəhərlərdə olur ki, bu da regionlaranisbətən şəhərlərdə daha çox karbon qazının atmosferə atılması ilənəticələnir. Şəhərlər iqlim dəyiməsinin əsas “günahkarları” hesabolunur. Bunun yumşaldılması üçün Paris Sazişində nəzərdə tutulanöhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Qeydolunub ki, Paris Sazişi üzrə əldə olunan razılaşmalara əməl olunsaonda qlobal temperaturun 1,5 Selsidən aşağıda saxlamaqmümkündür.

Tədbir dialoq formasında davam edib.

Məqalədə:
Seçilən
16
3
az.trend.az

4Mənbələr