AZ

"Çətin Tənzimlənən Sənayelər üçün Karbonsuzlaşdırma Strategiyaları" mövzusunda panel

Noyabrın 13-də "PwC Azərbaycan", sement, polad, tikinti və enerji sahələrindən olan sənaye ekspertlərinin iştirakı ilə COP29 Yaşıl Zonasında "Çətin Tənzimlənən Sənayelər üçün Karbonsuzlaşdırma Strategiyaları" mövzusunda panel keçirdi.

Spikerlər sırasına "Baku Steel Company"nin İstehsalat direktoru Celal Oven, "Norm" şirkətinin əməkdaşı Elmar Məmmədov, PMD Projects-in əməkdaşı Nəriman Topçubaşov və SOCAR-ın enerji keçidi, ətraf mühit və dekarbonizasiya üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev geniş təqdimatla çıxış ediblər.

PwC Türkiyə tərəfdaşı Dr. Akif Kocanın moderatorluğu ilə keçirilən panel "PwC Azərbaycan"ın baş meneceri Günay Əsgərovanın ESG hesabatlarına dair məruzəsi ilə başa çatıb.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
7
ikisahil.az

1Mənbələr