AZ

Vissam Ben Yedder cinsi təcavüzə görə həbs cəzası aldı

“Monako”nun tunisəsilli fransalı keçmiş mərkəz hücumçusu Vissam Ben Yedder cinsi təcavüzdə təqsirkar bilinib.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

34 yaşlı futbolçu alçaq əməlinə görə, 2 il müddətinə şərti həbs cəzasına məhkum edilib.

Mənbənin məlumatına görə, Ben Yedder zərərçəkmişə vurduğu mənəvi ziyana görə 5000 avro məbləğində təzminat və 1500 avro məbləğində hüquqi xərcləri ödəməyə də mükəlləfdir. Bundan əlavə, Ben Yedder sükan arxasında sərxoş halda saxlanıldığı zaman, polisin əmrinə tabe olmaqdan imtina etdiyi üçün 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib və həmçinin 5000 avro məbləğində cərimələnib.

Xatırladaq ki, oktyabrın 15-də prokuror Ben Yedderə 18 ay sınaq müddəti olmaqla 2 il 6 ay həbs cəzası istəmişdi. Fransalı futbolçu 2023-cü ilin avqustunda zorlama törətməkdə ittiham edilib.

Hazırda Vissam Ben Yedder azad agent qismində klubsuzdur. Buna qədər fransalı futbolçu “Monako”nun uğurları üçün çalışıb. Ben Yedder cari ilin iyulunda Knyazlıq klubundan azad agent qismində ayrılıb. Vissam daha öncə Fransada “Tuluza”nın, İspaniyada “Sevilya”nın da uğurları üçün çalışıb.

Vissam Ben Yadder 2018-2022-ci illər aralığında Fransa yığmasının heyətində 19 oyun keçirib, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
35
arena.az

1Mənbələr