AZ

İranlı faşistlərin azərbaycanlı fəallara və Pezeşkiyana hücumları davam edir

İranlı faşistlər, Məsud Pezeşkiyanın Azərbaycanın bir qrup fəalı ilə görüşməsi səbəbilə hücumlarını davam etdirirlər. Bu hücumlar, İranşəhri və xaricdəki türk əleyhdarı faşistlər tərəfindən təşkil olunub.

İranın keçmiş diktatorunun oğluna məxsus “Manoto” şəbəkəsi, ötən gün Instagram səhifəsində, Pezeşkiyanın Azərbaycanlı fəallarla görüşünə səbəb olan hücumları dərc edib. Bu şəbəkə, “Vahid Bəhmən” və “Höcət Kəlaşi” kimi qaçaq manqurdların yuvasıdır və Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərən əsas platformalardan biridir.

Digər tərəfdən, İran-Ermənistan casusu Mənsur Həqitpur, Pezeşkiyanın, türklərin və Azərbaycanın əleyhinə hücumları ilə tanınan faşist bir sima halına gəlib. Əslən Azərbaycandan olan bu şəxs, Tehranda doğulub və 1993-cü ildə Dağlıq Qarabağ müharibəsi zamanı İran tərəfindən “hərbi müşavir” adı ilə Şimali Azərbaycana göndərilmişdi. O, Azərbaycan ordusuna təlim və təchizat vermək adı altında, əslində İran və Ermənistanın xeyrinə casusluq edirdi. 1994-cü ildə, Azərbaycanın Milli Təhlükəsizlik Təşkilatı tərəfindən həbs edilərək, Ermənistanın xeyrinə casusluq ittihamı ilə ölkədən qovulub.

İkinci Qarabağ müharibəsi zamanı Həqitpur, İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olaraq, iranlılardan “Azərbaycan” əvəzinə “Badkoba” sözü işlətmələrini xahiş etmişdi. İran İnqilabının ilk illərində isə Təbrizdəki Xalq Müsəlman Hərəkatının yatırılmasında fəal iştirak etmiş, daha sonra Ərdəbil və Sərab İnqilab Məhkəməsinin başçısı olan Höccətül-İslam Nəqi Qazipurun mühafizəçisi təyin edilmişdir. Bu müddətdə, İslam Respublikası əleyhdarlarını müəyyən edib yatırılmasında mühüm rol oynamışdır.

Bir

visiontv.az



Seçilən
45
visiontv.az

1Mənbələr