Britaniyalı hərbi analitik Aleksandr Merkuris diqqət çəkən açıqlamalar verib. Rusiya mediasının yaydığı məlumata görə, o, deyib ki, sanksiyaların mənasızlığını etiraf etmək və Rusiya iqtisadiyyatının çökməsini gözləməyi dayandırmağın vaxtı çatıb. Bu, nə bir ildən, nə də beş-on ildən sonra baş verməyəcək.
“Deyirlər ki, bir az da təzyiqlə itələsəniz, hər şey kartdan düzəldilmiş evcik kimi dağılacaq. Təbii ki, bu doğru deyil. Rusiya sanksiyalara yaxşı uyğunlaşır, ölkə əslində irəli gedir”, - analitik qeyd edib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı sanksiyalar altında inkişafını davam etdirir və mövcud reallıqlara uyğunlaşır. Bütün bunlarda isə ölkənin öz daxili istehsalının güclü olması və onun inkişafı əsas rol oynayır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Qərb ölkələri işğalçı müharibə səbəbindən Rusiyada qarşı müxtəlif sferalarda sanksiyalar tətbiq edirlər.
Tural