Bakı. Trend:
COP29-un uğuru Yeni Kollektiv Kəmiyyət Hədəfininə (NCQG) nailolmaqdan asılıdır.
Trend xəbər verir ki, bunuGürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda COP29 sammitindəçıxışı zamanı bildirib.
O, COP29 sammitində dünya liderlərinə müraciət edərək, CənubiQafqaz regionundan olan ölkənin ilk dəfə belə bir tarixi tədbiritəşkil etməsi münasibətilə Azərbaycana təşəkkürünü bildirib.
Kobaxidze Prezident İlham Əliyevə və COP29-un Prezidenti MuxtarBabayevə konfransın uğurunu təmin etməkdə göstərdikləri liderliyəgörə minnətdarlığını ifadə edib.
Baş nazir iqlim dəyişikliyi ilə mübarizənin təxirəsalınmazlığınıvurğulayaraq, onun Gürcüstan kimi həssas ölkələr üçün geniştəsirləri olduğunu qeyd edib.
O, həmçinin, insan hüquqları və ətraf mühitin mühafizəsiarasındakı əlaqəni qeyd edərək, Gürcüstanın təmiz ətraf mühithüququna olan sadiqliyini xatırladıb. O, 2019-2020-ci illərdəGürcüstanın Avropa Şurasına sədrliyi dövründə insan hüquqları vəətraf mühitin mühafizəsinin prioritet olduğunu və bu məsələlərinhüquqi sahədə əhəmiyyətli irəliləyişin əsasını qoyduğunubildirib.
Çıxışında baş nazir Gürcüstanın 2030-cu ilə qədər qlobalistixana qazı tullantılarını yarıya endirməyə sadiq olduğunu əlavəedib.
O, həmçinin, Gürcüstanın qlobal istiləşməni 1,5°C hədəfiçərçivəsində saxlamağa yönəlmiş 3-cü Yeni Kollektiv KəmiyyətHədəflərini (NCQG) 2025-ci ilə qədər təqdim etməyi planlaşdırdığınıqeyd edib.
İrakli Kobaxidze COP29-un uğurunun iqlim maliyyələşdirilməsiüzrə kollektiv kəmiyyət məqsədinə nail olmaqdan asılı olduğunuvurğulayaraq, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi iləmübarizə üzrə tədbirlər üçün adekvat maliyyə dəstəyinin təminedilməsi üçün cari 100 milyard dollarlıq hədəfin əhəmiyyətlidərəcədə artırılmasına çağırış edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.