AZ

Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru: İqlim böhranı ilə mübarizədə dəstəyə ehtiyacımız var

Afrikada tez-tez daşqınlar və quraqlıqlar baş verir, xalqları iqlim dəyişikliyinin fəlakətli nəticələrindən xilas etmək üçün qitənin maliyyə dəstəyinə ehtiyacı var.

“İki sahil” xəbər verir ki, bunu COP29-un kuluarlarında jurnalistlərə Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru Cozef Mitika Mvenda bildirib.

O, COP29-un nəticələrinin iqlim böhranı ilə mübarizənin ön cəbhəsində olan, xüsusilə də onun nəticələrindən ən çox əziyyət çəkən Afrika sakinlərinin həyat reallıqlarını nəzərə alacağına ümidvar olduğunu deyib.

Seçilən
14
ikisahil.az

1Mənbələr