Bugün Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçiləri və Masallı rayon YAP sədri Seyfəddin Əliyev Vətən müharibəsi şəhidi, Masallı rayonunun Sərçuvar kənd sakini olmuş, şəhid İsgəndərov Səməndər Vahid oğlunun şəhadətinin 4-cü ildönümü ilə bağlı şəhidin məzarını və doğmalarını ziyarət etmişlər.
44 günlük Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun ailə üzvlərinə baş sağlığı və səbr diləmişlər.