AZ

Trampın yeni dönəmi Avropa üçün fəlakətə çevrilə bilər - Bloomberg

ABŞ-da prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampın ikinci prezidentlik müddəti Avropa İttifaqı (Aİ) üçün fəlakətə çevrilə bilər.

Teleqraf.com xəbər verir ki, bu fikirlər "Bloomberg"də dərc olunan yazıda yer alıb.

Məqalədə qeyd olunur ki, buna səbəb Trampın ABŞ-ın Avropa ilə bağlı siyasətində əhəmiyyətli dəyişikliklər etmək, Ukraynaya dəstəyi dayandırmaq, NATO-dan çıxmaq və Avropadan idxal olunan mallara 20% rüsum tətbiq etmək niyyəti ola bilər.

Agentlik istinad etdiyi "Goldman Sachs" bank qrupunun məlumatlarına əsaslanaraq yazır ki, Avropa mallarının idxalına hətta 10% tarif tətbiq etmək Aİ-nin ÜDM-ni 1% azalda bilər və bu halda da ən çox zərər çəkən Almaniya iqtisadiyyatı olacaq.

Bundan əlavə, Aİ Kiyevə yardım məsələsində ABŞ-ın dəstəyini itirərsə, bütün müvafiq maliyyə yükü avropalı vergi ödəyicilərinin üzərinə düşəcək.


Müəllif: Teleqraf.com
Seçilən
13
teleqraf.com

1Mənbələr