AZ

Trampın seçimi hamını şoka salıb

ABŞ rəsmiləri seçkilərdə qalib gələn Prezident Donald Trampın qərarından şoka düşüb. 

Belə ki, o,  Pentaqona başçılıq etmək üçün köşə yazarı Pit Heqseti seçib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Politico”da yazır.

“Mühafizəkar şərhçinin və teleaparıcının gözlənilmədən Pentaqonun rəhbəri vəzifəsinə irəli sürülməsi Vaşinqtonu şoka saldı. Onlar namizədin təcrübəli qanunverici və ya müdafiə siyasəti sahəsində təcrübəsi olan biri olacağını gözləyirdilər”, - deyə nəşr yazır. 

ABŞ siyasətçilərinin reaksiyası kəskin olub. Onlar ABŞ-nin yeni seçilmiş lideri Donald Trampın sədaqətə dəyər verdiyini deyiblər. 

“Əsas meyarlardan biri insanların televiziyada Donald Trampı nə qədər yaxşı müdafiə etməsidir?”, - deyə keçmiş müdafiə nazirinin siyasi məsələləri üzrə müavini Erik Edelman bildirib.

Amerika Demokratik Partiyasının üzvlərindən biri Adam Smit vurğulayıb ki, Heqseti heç kim tanımır. O, namizədin ölkənin müdafiə siyasətində təcrübəsi olduğuna şübhə edib. Adam Smit həmçinin Heqsetin xarici tərəfdaşlarla “qarşılıqlı əlaqəsi” olmadığından narahatdır.

Xatırladaq ki, Donald Tramp Pit Heqseti sərt və ağıllı adlandırıb. ABŞ-nin gələcək prezidenti qeyd edib: 

“Pitlə Amerikanın düşmənləri biləcəklər ki, bizim qoşunlarımız yenidən böyük olacaq”. 

Namizəd həm də müharibə veteranıdır.

Seçilən
27
cebheinfo.az

1Mənbələr