AZ

Bayden Ağ Evi tərk edənə qədər NATO-nun razılaşmalarını həyata keçirəcək 

Donald Tramp Ağ Evə qayıdana qədər ABŞ prezidenti Co Bayden Şimali Atlantika Alyansı çərçivəsində bütün razılaşmaların həyata keçirilməsini təmin etmək üçün fəal şəkildə çalışacaq.

KONKRET.az TASS-a istinadən xəbər  verir ki, bunu Amerikanın dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib:“Yaxın bir neçə ayda çox ciddi gündəliyimiz var. Baş katibə dediyim kimi, prezident Bayden işə qarışmaq və son dörd il ərzində gördüyümüz işi davam etdirmək üçün hər gündən istifadə etmək niyyətindədir”. Rutte isə bildirib ki, NATO-nun xüsusilə Blinkenin liderlik keyfiyyətlərinə ehtiyacı olacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
23
konkret.az

1Mənbələr