AZ

COP29-un ilk günündə ölkələr əl-ələ verdikdə birlikdə işləyə biləcəyimizi göstərən mexanizmlə bağlı razılığa gəldilər - Mikayıl Cabbarov

Bakı. Trend:

Bakıda COP29-un ilk günündə ölkələr əl-ələ verdikdə birlikdəişləyə biləcəyimizi göstərən mexanizmlə bağlı razılığagəldilər.

Trendxəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AzərbaycanRespublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O, maliyyə məsələsinin COP29-un əsas mövzusu olduğunu deyib:

"Hesab edirəm ki, 6.4-ci maddəyə gəldikdə artıq ilkin müsbətnəticələrimiz var. On ildən artıqdır ki, ümumi həll yolu tapılabilmirdi. Bakıda COP29-un ilk günündə ölkələr əl-ələ verdikdəbirlikdə işləyə biləcəyimizi göstərən mexanizmlə bağlı razılığagəldilər.

Beləliklə, karbon bazarı mexanizmləri, fikrimizcə, maliyyə üçünlazımlı resurs təmin edəcək. İkincisi, biz həmçinin çoxtərəfliinkişaf banklarının dünən axşam və səhər tezdən açıqlanan birgəbəyanatını yüksək qiymətləndiririk. Birgə bəyanatda qeyd edildiyikimi, 2030-cu ilə qədər illik 120 milyard dollarlıq öhdəliyi yüksəkqiymətləndiririk. Bu, əhəmiyyətli irəliləyişdir. Əlbəttə, biz hələdaha çox işləməliyik. bundan sonra da işlərimiz davam edir".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilədayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşılenerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığıüçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanınazaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şəraityaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr