AZ

Gəlin qayınanasını ÖLDÜRDÜ – Öz oğlunu isə YARALADI

Novosibirskdə gəlin qayınanasını boynundan bıçaqlayaraq öldürüb, 5-ci sinifdə oxuyan oğlunu isə yaralayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Məlumata görə, 42 yaşlı Natalya 85 yaşlı nənəsi ilə yaşayan uşağı ziyarətə gəlib. Görüş yaxşı olmayıb, gəlinlə qayınana arasında böyük mübahisə yaranıb.

Natalya bıçağı götürüb təqaüdçünün boynuna soxub. Yaranın ölümcül olduğu məlum olub, qadın yerindəcə keçinib.

Doqquz yaşlı oğul anasını sakitləşdirməyə çalışsa da, o, bıçaqla ona tərəf dönərkən körpücük sümüyünə dəyib.

Uşaq təcili yardım çağıra bilib. O, körpücük sümüyünün bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Natalya saxlanılıb və cinayət işi açılıb

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr