AZ

Ekoloq: Azərbaycan yaşıl enerji siyasətini layiqincə həyata keçirir

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Həmçinin Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
Bu mənada d İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Eyni zamanda Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Ekoloq Qorxmaz İbrahimli “Sherg.az”a bildirib ki, Bu gün Azərbaycanın yüksək səviyyəli nüfuzlu tədbirlərin məkanına çevrilməsi göz önündədir:

“Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Ekologiyanın qorunub saxlanılması bütün dünyanın maraq mərkəzidir.  Hazırda Azərbaycan yaşıl enerji siyasətini layiqincə həyata keçirir. Sözügedən ərazilərin yaşıl enerji zonası elan olunması çox yaxşı haldır. Günəş batareyalarımız mövcuddur. Surətli axan dağ çaylarımız, su elektrik stansiyalarımız var. Bundan əlavə harada çox külək əsirsə, orada külək stansiyası qurulmalıdır. Bunların hər birinin Azərbaycan iqtisadiyyatına xeyri var. Azərbaycan 2030-cu ildə yaşıl enerjinin ixracı ilə məşğul olacağını öz üzərinə götürür”.
Seçilən
17
sherg.az

1Mənbələr