AZ

Tokayev COP29 çərçivəsində Yunanıstanın baş naziri ilə görüşüb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyib.

Həmçinin qarşılıqlı ticarətin şaxələndirilməsinin vacibliyini vurğulayıblar. Enerjinin inkişafı və iqtisadi dekarbonizasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
20
operativmedia.az

1Mənbələr