AZ

“Rusiya iqlim dəyişikliyi ilə mübarizədə fəal səylər göstərir”

“Rusiya 1990-cı ildən bu yana istixana qazı emissiyalarını iki dəfədən çox azaldıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda COP29 iqlim sammiti çərçivəsində çıxışında deyib. 

Onun sözlərinə görə, Rusiya beynəlxalq ictimaiyyətlə birlikdə qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün fəal səylər göstərir:

“Bu işin məqsədi gələcək nəsillərin rifahını təmin etməkdir. 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırırıq”.

Günel İbrahimova

Seçilən
7
1
qafqazinfo.az

2Mənbələr