AZ

Xorvatiya enerji sisteminin dekarbonlaşdırılmasına sadiqdir - Baş nazir

Bakı. Trend:

Xorvatiya öz enerji sisteminin karbon emissiyasını azaltmağa və"yaşıl" iqtisadiyyata keçidi sürətləndirməyə sadiqdir, eyni zamandaBeynəlxalq Enerji Agentliyi qalıq yanacaq istehlakının sürətləartması barədə xəbərdarlıq edir.

Trend xəbər verir ki, bunuXorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Bakıda COP29çərçivəsində jurnalistlərə bildirib.

"Bizim gələcəyimiz, nə qədər cəsarətlə hərəkət edəcəyimizdənasılıdır. Qalıq yanacaqlardan imtina etmək yalnız iqlim deyil, həmdə iqtisadi baxımdan vacibdir. Biz iqlim dəyişikliklərinə vəonların təsirlərinin yüngülləşdirilməsi tədbirlərinə öz töhfəmiziveririk. Bərpa olunan enerji mənbələrinə etdiyimiz sərmayələr vəəldə etdiyimiz nailiyyətlər bu işə sadiqliyimizi göstərir", - deyəo qeyd edib.

Baş nazirin sözlərinə görə, 2022-ci ildə Xorvatiyada bərpaolunan enerji mənbələri ümumi enerji istehlakının 29,5 faizinitəşkil edib və bu göstərici davamlı olaraq artır.

"Yaşıl hidrogen" və geotermal enerji layihələri kimi layihələrsayəsində ölkə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrininpayını 42,5 faizə çatdırmağa çalışır.

O əlavə edib ki, Xorvatiya təkrar emal edilə bilməyən plastik,tekstil, çamur və biogen tullantıları çevirmək üçün qabaqcıltexnologiyaları inkişaf etdirir. Bu yenilik ətraf mühitinçirklənməsi və enerji çatışmazlığı problemini həll etməklə yanaşı,metan emissiyalarını da azaldır.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
28
1
az.trend.az

2Mənbələr