AZ

Mişustin: Rusiya 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırır

Rusiya Federasiyası bütün ölkələrlə iqlim sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır.

AZXEBER.COM xəbər verir ki, bunu Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda keçirilən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP-29-da çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya istixana tullantılarını azaltmağa çalışır və problemin qlobal miqyasda həlli üçün bütün maraqlı ölkələrlə əməkdaşlığa hazırdır.

\"Rusiya aşağı karbonlu inkişaf məqsədlərinə sadiq qalır. Biz qanunvericiliyimizi təkmilləşdiririk. İqlim istiqamətində həssas ölkələrə könüllü yardım göstəririk və biz bu işi bütün maraqlı dövlətlərlə sıx dialoqda davam etdirməyə hazırıq\", - deyə Rusiya baş naziri vurğulayıb.

Mişustin qeyd edib ki, karbon neytrallığı məhsul və xidmətlərin istehsalında istixana tullantılarının sıfıra endirilməsini və ya ekoloji təşəbbüslər vasitəsilə onların kompensasiya edilməsini nəzərdə tutur.

O əlavə edib ki, Rusiya istixana qazı tullantılarını 1990-cı il səviyyəsindən iki dəfədən çox azaltmağa nail olub: \"Rusiya 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırır\".
Seçilən
5
1
azxeber.com

2Mənbələr