"Beşiktaş"ın ulduzu Gedson Fernandes klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçuya həm Premyer Liqadan, həm də Bundesliqadan ciddi təkliflər var.
Xüsusilə "Borussia Dortmund" yarımmüdafiəçini transfer etmək istəyir.
Fernandes satılarsa, transfer məbləğinin 50%-i "Benfika"ya, qalan məbləğ isə Banklar Birliyinə gedəcək.
Bu mövsüm "Beşiktaş" forması ilə 18 rəsmi oyuna çıxan Gedson Fernandes, bu oyunlarda 7 qol və 2 assistlə yadda qalıb.