AZ

Avropa Çempionatı: Millimiz seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

VI qrupda yer alan komanda Macarıstanla qarşılaşıb.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda baş tutan görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv noyabrın 16-da Yunanıstanla, bundan 3 gün sonra isə Rumıniya ilə qarşılaşacaq.

Seçilən
11
4
cbcsport.az

5Mənbələr