AZ

ÜTT: Ticarətsiz karbonsuzlaşdırma ilə bağlı məqsədə nail olmaq mümkün deyil

Ticarət olmadan karbonsuzlaşdırma ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda sessiyada bildirib.

Tədbir Dünya İqtisadi Forumu ilə birgə keçirilir.

ÜTT rəsmisi qeyd edib ki, ticarət iqlim dəyişikliyi ilə mübarizə məsələsinin mərkəzində, açıq və proqnozlaşdırıla bilən olmalıdır.

Bundan başqa, onun sözlərinə görə, ticarət və iqlim siyasətləri uyğunlaşdırmalıdır: "Bu iki siyasətin bir-birinə zidd olması qəbul etmədiyimiz fikirdir. Biz hiss edirik ki, məqsədlərimizə çatmaq üçün ticarət və iqlim siyasətini uyğunlaşdırmalıyıq. Ticarət siyasətləri ölkələrin ehtiyac duyduğu "yaşıl texnologiya"lara çıxış əldə etməyi dayandıra bilər. Pandemiya zamanı, məsələn, insanların maliyyəyə çıxışı olduğunu, lakin peyvəndlərə çıxış əldə edə bilmədiklərini gördük.Çünki onun ixracını dayandıran məhdudlaşdırıcı ticarət siyasətləri var idi. Ölkələr nə isə istehsal edə bilər, nisbətən daha yaşıl olanlar üzrə ixtisaslaşa bilərlər", - deyə o əlavə edib.

Qonaq həmçinin Azərbaycana COP29 tədbirini təşkil etdiyinə görə təşəkkür edib.

Seçilən
21
operativmm.az

1Mənbələr