Bakı. Trend:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Torpaqlarındeqradasiyası və iqlim dəyişikliyi: Mərkəzi Asiya, Qafqaz ölkələrivə quraq iqlim regionları arasında itkilər, zərərlər vəəməkdaşlığın gücləndirilməsi imkanları” mövzusunda dəyirmi masakeçirilib.
Trendxəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumatyayıb.
Bildirilib ki, “Mavi zona”da baş tutan tədbirdə kənd təsərrüfatınaziri Məcnun Məmmədov, Özbəkistanın ekologiya, ətraf mühitinmühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov, hər ikiölkənin aidiyyati qurumlarının rəhbər şəxsləri, beynəlxalqtəşkilatların nümayəndələri və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistanın ekologiya, ətrafmühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimovbildirib ki, bütün dünyada olduğu kimi Mərkəzi Asiya və Qafqazregionu da sürətli iqlim dəyişikliyi və torpaqların deqradasiyasıproblemləri ilə üzləşir. Quraqlıq, səhralaşma və digər ekstremaliqlim hadisələrinin artan tezliyi və intensivliyi kənd təsərrüfatı,su ehtiyatları və biomüxtəliflik üçün təhlükələri artırır. Müasirçağırışlar fonunda iqlim dəyişikliyinin təsirlərinin minimumaendirilməsi, dayanıqlı inkişafın təmin olunması üçün dünya ölkələriarasında regional və qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsizərurətə çevrilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, dünyadatorpaq ehtiyatlarının təxminən 40%-nin deqradasiyaya uğramasıqlobal böhran olaraq ekosistem, ərzaq təhlükəsizliyi və suresurslarına təhlükə yaradır. Son onilliklərdə dünyadaqeyri-davamlı kənd təsərrüfatı təcrübələri, meşələrin qırılması,şəhərlərin genişlənməsi və iqlim dəyişikliyinin artan təsirləritorpaqların deqradasiyası prosesini sürətləndirib. BirləşmişMillətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasına(UNCCD) əsasən, hər il 12 milyon hektar ərazinin deqradasiyanəticəsində itirildiyi təxmin edilir. Nazir müasir çağırışlarfonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatınınrəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi,qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruriolduğunu diqqətə çatdırıb. O əlavə edib ki, iqlim dəyişikliyininaqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və suresurslarından daha səmərəli istifadə etmək üçün müasirtexnologiyalardan istifadə genişlənir, iqlimə uyğun kəndtəsərrüfatı sistemlərinin inkişafına dəstək verilir. Müasir suvarmasistemlərinin tətbiqi, torpaq deqradasiyasının qarşısının alınmasıvə torpaq münbitliyinin artırılması ilə bağlı fəaliyyətlərdəfermerlərə güzəşt və kreditlər şəklində dövlət dəstəyigöstərilir.
Tədbirdə çıxış edən Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrəvitse-prezidenti Antonella Bassani, Qazaxıstan, Belarus və digərölkələrin nümayəndələri, kənd təsərrüfatı və su ehtiyatları üçünəsas risklərin və təhdidlərin müəyyən edilməsi, torpaqlarındeqradasiyası və iqlim dəyişikliyi ilə bağlı mövcud vəziyyət,müasir çağırışlar fonunda torpaq və su resurslarından səmərəliistifadə, resursqoruyucu yanaşmaların tətbiqi, ətraf mühitinmühafizəsi və dayanıqlı təsərrüfatçılıq ənənələrinin formalaşması,yerli iqlim və iqtisadi şəraiti nəzərə alan adaptiv strategiyalarınhazırlanması istiqamətində regional əməkdaşlıq məsələlərinətoxunublar.
Tədbir çərçivəsində Aral dənizi hövzəsi regionunda ekolojifəlakətin aradan qaldırılması, torpaqların deqradasiyası iləmübarizə istiqamətində həyata keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş olunub.