“Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən İHA-230 səsdən sürətli ballistik raketinin növbəti atış sınağı yerinə yetirilib.
“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, “Akıncı” pilotsuz uçuş aparatından atılan iki ədəd İHA-230 155 kilometr uzaqlıqdakı hədəfi tam dəqiqliklə vurub.
“Roketsan” şirkətinin hazırladığı İHA-230, PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli ballistik raketdir. O, şirkət istehsalı olan TRG-230 “yer-yer” təyinatlı raketin aviasiya vasitələrindən atılması üçün hazırlanan versiyasıdır. İHA-230 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir.