AZ

Antiqua və Barbuda COP29-da aydın və əhəmiyyətli iqlim maliyyəsi hədəfi üzrə razılığa gəlməyə çalışır - Baş nazir

Bakı. Trend:

Antiqua və Barbuda COP29-da iqlim maliyyələşdirilməsi üzrə aydınvə əhəmiyyətli bir hədəf ilə konsensus əldə etməyə çalışırlar,bunun üçün kifayət qədər maliyyə vəsaiti təmin olunmalıdır ki, buda uyğunlaşmanı təmin etməyə və davamlılığı gücləndirməyə köməketsin.

Trend xəbər verir ki, bunuAntiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun BakıdaCOP29 sammitində çıxışı zamanı bildirib.

O, Antiqua və Barbudanın borcun yükünü artıran kreditlərə qarşıolduqlarını, daha dayanıqlı infrastrukturun bərpası üçünkompensasiya qrantları şəklində birbaşa investisiyalar üçüntərəfdar olduqlarını vurğulayıb. Bu maliyyələşdirmə iqlim ədalətinənail olmaq üçün ədalətli, əlçatan və borc öhdəliklərindən azadolmalıdır.

"Hər il hərəkətsizlik zəifliyimizi artırır və yaşadığımızhaqsızlıqları dərinləşdirir. Biz artıq gözləyə bilmərik, boş vədlərgerçək addımlara çevrilməlidir. Onilliklər boyu zəngin ölkələr zəifölkələri dəstəkləmək üçün ildə 100 milyard dollar ayırmağı vədediblər. Lakin bu vədlər əsasən yerinə yetirilməyib. İndi YeniKollektiv Kəmiyyət Hədəfini müzakirə edərkən biz yenə dəöhdəliklərin yerinə yetirilməsini asanlaşdırmayan təkliflərləqarşılaşırıq", - deyə Baş nazir qeyd edib.

Onun sözlərinə görə, əsas çirkləndiricilər olan zəngin ölkələremissiyaların azaldılması və təmiz enerji keçidi üçün qlobal karbonvergisinin tətbiqi üzrə qərarlı addımlar atmaqları əvəzinəməsuliyyəti özəl kapitala ötürməyə çalışırlar.

"İqlim dəyişikliyinə ən çox məsuliyyət daşıyanlara deməkistəyirəm ki, mənəvi məsuliyyətin vaxtı gəlib çatıb. İqlimambisiyalarını artırmaq vaxtıdır. Əgər dəstək vədləri yerinəyetirilməzsə, ədalət onların yerinə yetirilməsini tələb edir", -deyə Qaston Braun vurğulayıb.

O əlavə edib ki, COP29 dünyada ədalətin seçiləcəyi və boş vədləryerinə qərarlı addımlar atılacaq bir dönüş nöqtəsi olmalıdır.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
22
2
az.trend.az

3Mənbələr