AZ

Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalandı

Bakı. Trend:

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev AnqolaXarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza iləgörüşüb.

Bu barədə Trend-ə AzərbaycanXarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi vəhumanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarımüzakirə edilib.

Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr üzrəmexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalardaəməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyivurğulanıb.

Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi ilə AnqolaXarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrmexanizminin yaradılması haqqında Anlaşma Memorandumuimzalanıb.

Məqalədə:
Seçilən
7
11
az.trend.az

10Mənbələr