AZ

Azərbaycan və Anqola XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb

12 noyabr 2024-cü il tarixində xarici işlər nazirinin müavini Fariz Rzayev və Anqola Respublikasının Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza arasında görüş keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Azərbaycan Respublikası və Anqola Respublikası arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.

Görüşün sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Anqola Respublikası Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Seçilən
10
14
apa.az

10Mənbələr