AZ

Tesla 2 500-ə qədər elektrik pikapını GERİ ÇAĞIRIR

Tesla təxminən 2,5 min “Cybertruck” elektrik pikapını geri çağırır.

İnterpress.az xəbər verir ki, bu barədə NHTSA press-relizinə əsasən məlumat verilib. Bildirilir ki, Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla təxminən 2,5 min “Cybertruck” elektrik pikapını geri çağırır.

Sənədə əsasən, ötən il noyabrın 6-dan bu il iyulun 30-dək istehsal olunmuş 2431 avtomobil geri çağırılmalıdır.

Relizdə deyilir ki, geri çağırılma qəza riskini artıra bilən nasaz sürücü invertoru ilə bağlıdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr