AZ

Rusiyada aparıcı öldü

Məşhur rusiyalı jurnalist, aşpaz və teleaparıcı Aleksey Zimin 53 yaşında vəfat edib.

Oxu24.com xəbər verir  ki, bu barədə çərşənbə günü, noyabrın 13-də səhər öz Telegram kanalında jurnalist Roman Loşmanov məlumat verib.

“Bu səhər çox kədərli xəbər. Aleksey Zimin vəfat edib”, Loşmanov yazıb. Ziminin vəfat etməsi ilə bağlı məlumatı Afisha Daily-yə teleaparıcının dostları da təsdiqləyib.

Ölümün səbəbi açıqlanmır.

Aleksey Zimin 1971-ci ildə Dubnada anadan olub. “Afisha” jurnalının keçmiş baş redaktor müavini kimi tanınan o, “Afisha Food” jurnalını da yaradıb, Afisha World, GQ və Gourmet nəşrlərinin baş redaktoru vəzifəsində çalışıb. NTV kanalında "Aleksey Ziminlə yemək" verilişinin aparıcısı idi.

2015-ci ildə Böyük Britaniyaya köçüb, Londonda rus mətbəxi restoranı Zima açıb və eyniadlı jurnalda işləyib. 

 

Nigar

 

Seçilən
33
oxu24.com

1Mənbələr