AZ

Paşinyan Əliyevlə Kazanda görüşündən danışdı: Məmnunam

Bu yaxınlarda Kazanda keçirilən BRİKS sammitində iştirakım vacib və effektli idi.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycan prezidenti ilə təmaslarımdan məmnun olduğumu bildirmək istərdim. Ən mühüm hissəsi, fikrimcə, görüşdə belə bir fikir səsləndirildi ki, sülh şəraitində yaşamaq üçün Ermənistan və Azərbaycana təkcə sülh müqaviləsi deyil, həm də gələcək əsrlərdə müstəqil dövlətlər kimi yaşamağın formuluna dair strateji sövdələşmənin bağlanması lazımdır”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, bu strateji sövdələşmə ilə bağlı müəyyən fikirləri var.
Seçilən
6
1
sherg.az

2Mənbələr