Avstraliyada 12 mindən çox tibb bacısı maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətilə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibb Bacıları və Mamalar Assosiasiyasının həmkarlar ittifaqı məlumat yayıb.
“Yeni Cənubi Uels hökuməti ilə əməkhaqqı barədə danışıqlar nəticəsiz qalıb. Hökumət bizə başqa seçim qoymayıb”, - deyə həmkarlar ittifaqı bildirib. Qurumun məlumatına görə, hazırda Yeni Cənubi Uelsdəki xəstəxanalarda təxminən 76 min tibb bacısı çalışır. Onlar özəl klinikalarda işləyən həmkarlarından az maaş alırlar.
Bildirilir ki, ştatın dövlət xəstəxanalarında aşağı vəzifəli tibb işçilərinin maaşı saatda 41 Avstraliya dolları (26,7 ABŞ dolları) təşkil edir.