AZ

Dembele zədələndi, Koman sevindi

"Bavariya"nın futbolçusu Kinqsli Koman yenidən Fransa millisinin formasını geyəcək.

"Football-plus.az" xəbər verir ki, buna yığmanın və PSJ-nin hücumçusu Usman Dembelenin zədələnməsi zərurət yaradıb. Dəqiq desək, həkimlər futbolçunun meydana çıxmasının riskli olduğunu bildirib. Belədə baş məşqçi Didye Deşam Komana dəvət göndərməli olub.

Kinqsli indiyə qədər 57 matçda millisinin şərəfini qoruyub. 28 yaşlı futbolçu bu oyunlarda 8 qol vurub.

Qeyd edək ki, Fransa yığması noyabrın 14-də Millətlər Liqası çərçivəsində İsrail, 17-də isə İtaliya ilə qarşılaşacaq.

Seçilən
24
football-plus.az

1Mənbələr