COP29 çərçivəsində Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “Oyanış" adlı tamaşa-musiqili kompozisiya nümayiş edilib.
APA xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi tamaşanı COP29-la bağlı Bakıya gəlmiş onlarla ölkənin dövlət və hökumət başçıları, digər rəsmilər, iqlim üzrə mütəxəssislər izləyiblər.
Qara Qarayevin “Yeddi gözəl” əsəri ilə başlayan gecədə Azərbaycanın görkəmli bəstəkarlarının musiqilərinin müşayiəti ilə müxtəlif səhnəciklər, kompozisiyalar nümayiş edilib.
Tamaşa suyu həyatla, havanı ağlın gücü ilə, torpağı şüurlu varlıq ilə, alovu isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanış kimi təqdim edilib.
Bədii-musiqili gecədə Xalq artisti Teyyub Aslan, Əməkdar artistlər Ramil Qasımovun, eyni zamanda, tarda İbrahim Babayev, balabanda isə Anar Vəlizadənin solo ifaları səsləndirilibz
Tamaşada səslənən musiqi əsərləri Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera ve Balet Teatrının simfonik orkestri tərəfindən ifa edilib.
Əməkdar İncəsənət xadimi Sevil Hacıyevanın xormeysteri olduğu Azərbaycan Dövlət Akademik Opera ve Balet Teatrının xor kollektivi isə müxtəlif musiqi parçalarını səsləndirib.
Azərbaycan Dövlət Akademik Opera ve Balet Teatrının balet truppasının çıxış etdiyi tamaşanın rejissorvə ssenaristi Françesko Bondidir.
Gecənin xoreoqrafı Nailə Məmmədzadə, işıq rejissoru Kristian Zukaro, video rəssamı Luka Attilii, icraçı rəssamı Tehran Babayev, səhnələr üzrə köməkçisi isə Roberto Tusadır.