AZ

Yaşıl Taksonomiya təsdiqləndi

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 7 noyabr tarixli qərarı ilə Yaşıl Taksonomiya təsdiq edilib.

AMB-dən Heftelik.z-a verilən məlumata görə,  Yaşıl Taksonomiya iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir.

Əsasən maliyyə institutları tərəfindən istifadə üçün nəzərdə tutulan Yaşıl Taksonomiyanın özəl sektor tərəfindən biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, müvafiq məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi və digər oxşar istiqamətlər üzrə istifadəsi mümkündür.

Yaşıl Taksonomiya ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrin fəaliyyətinin dəstəklənməsinə xidmət edəcəkdir. Bununla da, Yaşıl Taksonomiya ölkə iqtisadiyyatının dayanıqlı inkişaf imperativlərinə uyğunlaşdırılmasına, eləcə də dayanıqlı iqtisadiyyata keçiddə maliyyə sektorunun rolunun gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Yaşıl Taksonomiya Mərkəzi Bankın təşəbbüsü və aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış “Dayanıqlı maliyyə üzrə Ekspert Qrupu” tərəfindən Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanıb. Hazırlıq prosesində ən qabaqcıl beynəlxalq təcrübələrlə yanaşı Azərbaycan Respublikası iqtisadiyyatının xüsusiyyətləri də nəzərə alınıb.

Taksonomiyada müəyyən edilmiş sektorlar və fəaliyyətlər onların ölkənin ekoloji məqsədlərinə əhəmiyyətli töhfə potensialına malik olub-olmamasına, eləcə də daha geniş ekoloji və sosial dayanıqlılıq məqsədlərinə uyğunluğu meyarları əsasında müəyyən edilir.

Yaşıl Taksonomiyada əhatə olunan sektorlar aşağıdakılardır:

Bərpaolunan enerji, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət, yaşıl nəqliyyat, dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura, biomüxtəlifliyin mühafizəsi, dairəvi iqtisadiyyat və tullantıların idarə olunması, yaşıl binalar və dayanıqlı tikinti, yaşıl xidmətlər.

Qeyd edək ki, Yaşıl Taksonomiya ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrin fəaliyyətinin dəstəklənməsinə xidmət edəcəkdir.

Xatırladaq ki, hər bir sektor üzrə bu fəaliyyətlərin milli hədəflərə, standartlara və ya müəyyən edilmiş hədlərə nail olunmasına necə töhfə verdiyini təsvir edən ölçülər və ya spesifikasiyaların daha da gücləndirilməsi (genişləndirilməsi) nəzərdə tutulur. Milli standartların, siyasətlərin və ya qaydaların mövcud olmadığı hallarda, Taksonomiya müvafiq qlobal təcrübələrə və ölkə nümunələrinə istinad edir.

Yaşıl Taksonomiya üzrə sənədi nəzərdən keçirmək üçün bu linkə daxil olun:

Yaşıl Taksonomiya

 

 

Seçilən
14
16
heftelik.az

10Mənbələr