AZ

Ukrayna hər il Britaniyada yeni nəsil məmurlar yetişdirməyi planlaşdırır

Ukrayna hər il 7 minə qədər tələbəsini Böyük Britaniyaya göndərmək niyyətindədir və onlar sonradan dövlət qulluğunda vəzifələr tutacaqlar.

Oxu24.com xəbər verir ki,bu barədə Ukraynanın UNİAN agentliyi ölkənin Londondakı səfiri Valeri Zalujnıya istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna bu yolla “yeni nəsil” məmurları yetişdirəcək.

"Zalujnı qeyd edib ki, belə bir layihə 20 il ərzində Ukraynada dövlət qulluqçularını qanunların icrasına və biznesə tamamilə fərqli münasibət bəsləyənlərlə əvəz etməyə imkan verəcək", - nəşr yazır.

Bir gün əvvəl “Financial Times” qəzeti adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmura istinadən yazıb ki, Ukrayna etiraf edir ki, yeni səfərbərlik qəbulu çərçivəsində ölkənin Silahlı Qüvvələrində kadr çatışmazlığının yalnız yarısını doldurmaq mümkün olacaq.

Bundan əvvəl Bloomberg yazıb ki, ukraynalılar ölkədəki iqtisadi vəziyyətin pisləşməsi və münaqişədən yorğunluq səbəbindən Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ianələrini kəskin şəkildə azaldıblar.

Bundan əvvəl Ukraynanın Trampın ABŞ seçkilərində qələbəsindən narahat olduğu məlum olub.

 

Nigar

 

Seçilən
26
oxu24.com

1Mənbələr