AZ

İstanbul klubunun yeni baş məşqçisi bilindi

Türkiyənin "Kasımpaşa" klubunda yeni baş məşqçi təyinatı reallaşıb. 

Fanat.Az xəbər verir ki, Hakan Keleş ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul klubu ilə 52 yaşlı mütəxəssis arasında imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Hakan Keleşin son iş yeri "Konyaspor" olub.

"Kasımpaşa" ötən həftə Sami Uğurlu ilə yollarını ayırmışdı.

İstanbul təmsilçisi hazırda Türkiyə çempionatında 14 xalla 9-cu pillədə qərarlaşıb.

Mirağa

Seçilən
13
fanat.az

1Mənbələr