AZ

Toya gedənlər ağır qəzaya düşdülər; 14 ölü, 27 yaralı

Pakistanda toy məclisinə gedən avtobusun çaya düşməsi azı 14 nəfərin həlak olması ilə nəticələnib.

Avtosfer.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində, həmçinin 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 10 nəfər isə itkin düşüb. Yaralılar təcili olaraq yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.

Hadisə Pakistanın şimalındakı Gilgit-Baltistan əyalətində baş verib. Polisin məlumatına görə, qəzaya avtobus sürücüsünün döngədə idarəetməni itirməsi səbəb olub.

Qeyd edək ki, Pakistanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Bu, əsasən əyalətlərdə yol örtüyünün pis vəziyyətdə olması və bir çox hallarda yol hərəkəti qaydalarına əməl edilməməsi səbəbindən baş verir.

Seçilən
21
avtosfer.az

1Mənbələr