AZ

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.

Yenicag.az xəbər verir ki, S.Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürəktutmasından vəfat edib.

Xatırladaq ki. S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Qeyd edək ki, Siyavuş Hacıyev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıyevin atasıdır.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, DAVAM Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, “İnterpress” Media Qrupunun rəhbəri Toğrul Allahverdiyev və digər dostları Rafael Hacıyevə atasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, ona səbr diləyirlər.

Allah rəhmət eləsin.

Seçilən
44
48
yenicag.az

10Mənbələr