AZ

“Üçüncü Dünya müharibəsi hər an başlaya bilər” – Yaşar Gülər

“Üçüncü Dünya müharibəsi hər an başlaya bilər”.

NOCOMMENT.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O, Türkiyə Ordusunun hər zaman hər şeyə hazır olduğunu bildirib.

“Hər an başlaya bilər. Amma təbii ki, biz bunun başlamasını istəmirik. Ancaq həmişə hər şeyə hazır olmalıyıq. Çünki biz Türkiyə Cümhuriyyətinin və onun böyük millətinin təhlükəsizliyinə cavabdehik. Biz hər fürsətdən istifadə edəcəyik və hər ehtimalı dəyərləndirəcəyik. Ona görə də hər şeyi ən xırda təfərrüatına qədər qiymətləndirir, öyrənir və baş verə biləcəyi təqdirdə planlar qururuq. Amma öz ölkəmizdə sülh içində yaşamaq istəyirik”, – deyə Gülər qeyd edib.

“İsrail Türkiyəyə birbaşa təhdid yarada bilərmi?” sulına türkiyəli nazir belə cavab verib:

“İndi prezidentimiz daxili cəbhənin əhəmiyyətindən danışdı və bildirdi ki, biz bunu təmin etməliyik. Mən prezidentimizin tamamilə haqlı olmasının tam tərəfdarıyam. Bizə həmişə daxili cəbhə lazımdır. Yəni sülh şəraitində olsaq da, daxili cəbhənin bütövlüyü, gücü həmişə bir ölkənin xeyrinədir. “Cənab, İsrail Türkiyəyə hücum edəcəkmi?” Prezidentimiz onsuz da belə bir təhlükə görməsəydi, belə bir söz deyərdimi? Təbii ki, hücum edə bilər”. 

Seçilən
33
nocomment.az

1Mənbələr