AZ

Qəza riski yaradan problem niyə həll olunmur? - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Avtosfer.az xəbər verir ki, bu dəfə paytaxtın İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində sürücülərin qarşılaşdıqları problem haqqında məlumat verilib.

Bildirilib ki, Mikayıl Müşfiq küçəsindən Nəriman Nərimanov heykəli tərəfə hərəkət edən sürücülər üçün 1.18.3 xəbərdarlıq nişanı qoyulmalı idi:

"Əks halda yuxarı qalxanların sol zolağı ilə aşağı düşənlərin sol zolağında hərəkət edən sürücülər üz-üzə gələcəklər. Nəticədə yol-nəqliyyat hadisəsinin baş vermə ehtimalı kifayət qədər böyükdür".

Maraqlıdır, görəsən nə baş verməlidir ki, problem birdəfəlik aradan qaldırılsın?

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
30
1
avtosfer.az

2Mənbələr