AZ

“Biz son vaxtlar Azərbaycan yığmasını izləyirdik”

Macarıstanın U-17 yığmasının baş məşqçisi Antal Nemet Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda yer aldıqları Azərbaycan, Yunanıstan və Rumıniya komandaları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan macarıstanlı məşqçi millimizlə bağlı bunları deyib:

“Dördüncü potdan seçilən Azərbaycan turnirə xüsusilə yaxşı komanda ilə gəlir. Biz onların hazırlıqlarını izləyirdik və son aylarda Azərbaycan yığması xeyli inkişaf edib.

Ona görə də qrupda hadisələrin inkişafının tamamilə gözlənilməz olduğunu və istənilən komandanın növbəti mərhələyə çıxmaq üçün mübarizə apara biləcəyini söyləmək mümkündür”.

Seçilən
39
sportinfo.az

1Mənbələr