AZ

Təhsil müəssisələrinin bu sistemə qoşulmaması məsuliyyət yaradır

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsinə, hər bir fiziki şəxs və ya quruma görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun dövlət elektron məlumat sistemlərinə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Seçilən
14
heftelik.az

1Mənbələr