Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
24 | Baş-beynin, onurğa-beyninin damar xəstəlikləri: | |||
a) funksiyaların mühüm dərəcədə pozulması ilə | D | D | D | |
b) funksiyaların mülayim dərəcədə pozulması ilə; beynin tez-tez baş verən tranzitor işemiyaları | C | C | C | |
c) funksiyaların cüzi dərəcədə pozulması ilə; beynin nadir baş verən tranzitor işemiyaları; mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan tez-tez baş verən bayılmalar | C | C | C və ya B FƏRDİ | |
ç) mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan nadir hallarda baş verən bayılmalar | A-4 | A | A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ | |
d) kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, travmalarından, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar | Ç | Ç | Ç |
Bu maddə subaraxnoidal, beyindaxili qansızmaları, digər kəllədaxili qansızmaları, beyin infarktını, beynin tranzitor işemiyasını, baş-beynin və onurğa-beyninin damar zədələnmələrinin nəticələrini nəzərdə tutur.