AZ

Nafis Zəkəriya: Su qıtlığı ümumi problemdir

Pakistan su qıtlığı ilə üzləşən ölkələr siyahısındadır. Su qıtlığı ümumi problemdir. Bu problemlə üzləşən təkcə Pakistan deyil.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya deyib.

O bildirib ki, Pakistan kontekstində onilliklər ərzində suyun mövcudluğu həqiqətən çox kəskin və həyəcanverici səviyyəyə düşüb. Bu problem beynəlxalq təşkilatların bir neçə təşəbbüs irəli sürməsinə səbəb olub. Bu təşəbbüslərdən biri Hind hövzəsinin müəyyən hissəsində 300 milyon əhalinin yaşadığı yerdə həyata keçirilib. Hazırda irəli sürülən bu layihədə yaşayış var. İdeya BMT tərəfindən irəli sürülüb və icranı Pakistan Hökumətinin İqlim Dəyişikliyi Nazirliyi üzərinə götürüb.

“Bu cür layihələrdə əldə edilən təcrübə əminəm ki, iqlim problemi ilə mübarizədə müsbət təsir və nəticə verəcək”, - deyə icraçı direktor qeyd edib.

Seçilən
24
1
ikisahil.az

2Mənbələr