"Real” Madrid rəhbərliyi komandanın 38 yaşlı keçmiş mərkəz müdafiəçisi Serxio Ramosun geri qayıtmaq fikrinə qarşı çıxıb.
QOL.az xəbər verir ki, bu haqda “El Chiringuito” nəşrinin jurnalisti Xose Anxel Sançes X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Braziliyalının Eder Militaonun ciddi zədəsinə görə mövsümün qalan hissəsini buraxacağına görə Serxio Ramosun transferi ilə bağlı fikir yaranıb.
Mənbənin məlumatına görə, Ramos müdafiədəki zədə epidemiyasının öhdəsindən gəlmək üçün keçmiş klubuna öz xidmətlərini təklif edərək Madrid klubuna qayıtmağa hazır olduğunu ifafə edib. Lakin “Real”ın prezidenti Florentino Peres və klub direktoru Xose Anxel Sançes klubun əfsanəsinin bu təklifini rədd ediblər.
Ramos 2005-2021-ci illərdə "Real"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 671 matçda oynayıb, 101 qol vurub və 40 məhsuldar ötürmə edib. 2024-cü ilin yayında onun "Sevilya" ilə müqaviləsi başa çatdıqdan sonra futbolçu azad agent statusundadır.