AZ

“PAŞA Bank” COP29 çərçivəsində iqlim maliyyəsi müzakirələrinə töhfə verəcək

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişafvə bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirakedir.

Bu gün, 14 noyabrda, COP29 Sədrliyinin idarəçiliyi altında MaviZonada “PAŞA Bank”ın təşkilatçılığı ilə “İqlim maliyyəsinin milliinkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu” adlıpanel təşkil edilir.

Paneldə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbrov, “PASHAHolding”ın baş icraçı direktoru Cəlal Qasımov, “PAŞA Bank”ın idarəheyətinin sədri Cavid Quliyev, SOCAR-ın vitse-prezidenti KənanNəcəfov, “Deloitte” şirkətinin nümayəndəsi İvan Kuxnin, “MizuhoBank”ın dayanıqlı maliyyə həlləri üzrə direktoru Selia Prays vəmoderator qismində “EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedicipartnyoru İlqar Vəliyev iqlim maliyyəsinin rolu və karbonemissiyalarının azaldılması kimi mövzuları müzakirə edəcəklər.Eskpertlər həmçinin, enerji, nəqliyyat və kənd təsərrüfatı kimisahələrin “yaşıl keçid” prosesinə dəstək verməsi üçün maliyyəehtiyacları və bankların roluna toxunacaqlar.

Müzakirə panelini izləmək istəyənlər 16:00-da Mavi ZonadaAzərbaycan pavilyonuna dəvət olunurlar.

Seçilən
26
3
az.trend.az

4Mənbələr